GSP obyektlərin təhlükəsizliyinin təmin olunması və texniki infrastrukturun düzgün qurulması üçün müxtəlif zəif axın və təhlükəsizlik həlləri təqdim edir. Kamera nəzarəti, şəbəkə çəkilişləri və server otaqlarının qurulması layihənin ehtiyaclarına uyğun şəkildə planlaşdırılır. Həllərin tətbiqi zamanı layihələndirmə, quraşdırma, inteqrasiya, konfiqurasiya və texniki servis mərhələləri birlikdə həyata keçirilir. +gsp-jurnall.pdf
- Kamera nəzarəti
- Şəbəkə çəkilişləri
- Server otaqları
- Təhlükəsiz həllər
- Layihələndirmə və planlaşdırma
- Quraşdırma və inteqrasiya
- Konfiqurasiya və test
- Texniki dəstək və servis

“GSP” şirkəti həmçinin aşağıda qeyd olunan digər nəzarət sistemlərinin quraşdırılması və servis xidmətini təklif edir:
– Girişə nəzarət və turniket sistemləri (Access control):
Girişə nəzarət sistemləri qəliz və çoxplanlı elektron sistemlərdir. Mexaniki kilidli adi qapılar və ya keşikçili mexaniki turniketlər digər işə nəzarət sistemlərinə aid edilə bilər, lakin hər qapıda keşikçinin olması mümkün olmur. Bu zaman köməyə girişə nəzarət sistemləri gəlir ki, onlar əsasən mühafizə olunan zonalara və otaqlara icazəli və təyinatlı girişləri mümkün edirlər. “GSP” olaraq müasir turniket sistemlərinin satışı və servisini dəyərləri müştərilərə təklif edirik. İş mərkəzləri, zavod, fabrik, şirkət və s. müəssisələrdə giriş – çıxış tənzimləmək, işçi personalın işə davamiyyətinə nəzarət etmək üçün müasir sistemlər, barmaq izi, kartla keçidi Sizə təklif edirik.
– Şlaqbaum və bollard sistemləri:
Şlaqbaum – bağlı ərazilərə və (nəqliyyatın, insanların) girişi – çıxışı üçün məhdudiyyət qoyulan bəzi yerlərə nəzarət etmək üçün ən müasir həll yoludur. “GSP” şirkəti Sizin diqqətinizə ən yeni və müasir şlaqbaum və bollardları təklif edir. Avadanlıqlarımız İtaliya və Türkiyə istehsalıdır. Gündəlik istifadə üçün də yararlı olan bu şlaqbaum və bollardlar asan istifadəsi və yüksək keyfiyyəti ilə fərqlənir.
– Perimetr üzrə mühafizə xidməti:
“GSP” şirkəti həmdə perimetr üzrə təhükəsilzik xidmətin təklif edir. Perimetr üzrə mühafizə sistemləri özündə elektron qoruyucu hasarları, video müşahidə, müdaxilənin aşkarlanması sistemlərini, kompyuterləşdirilmiş perimetr mühafizə sistemlərini birləşdirir. Bu növ mühafizə sistemləri dövlət əhəmiyyətli obyektlərdə, istehsal obyektlərində, hava limanlarında tətbiq olunur. Eyni zamanda neft
sektorunda sərhədlərin, telekommunikasiyaların və su obyektlərinin qorunması üçün də istifadə oluna bilər.