İP Telefoniya, TV xidməti

  GSP MMC korporativ müştərilər üçün IP telefoniya və rəqəmsal televiziya həlləri təqdim edir. Həllərimiz müəssisələrin daxili və xarici kommunikasiya proseslərini vahid platformada idarə etməyə, filiallar arasında fasiləsiz əlaqə yaratmağa və biznes proseslərini daha səmərəli təşkil etməyə imkan verir. Layihələrimizdə Cisco, Siemens, Avaya, Yealink, 3CX və Asterisk kimi aparıcı istehsalçıların avadanlıq və texnologiyalarından istifadə olunur. Azərtelekom ilə əməkdaşlığımız sayəsində internet bağlantısı olan istənilən nöqtədə IP telefoniya xidmətlərinin təşkili mümkündür.                                                                   Televiziya həlləri istiqamətində isə 240-dan çox IPTV və 120-dən çox rəqəmsal TV kanalı təqdim olunur. GSP MMC yaşayış kompleksləri, hotellər, biznes mərkəzləri və digər obyektlər üçün IPTV, DVB-T və peyk televiziya sistemlərinin layihələndirilməsi, quraşdırılması və texniki dəstəyini həyata keçirir. Eyni zamanda CITYLINE platforması vasitəsilə OTT texnologiyası əsasında televiziya xidmətləri təqdim olunur.